ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə bayram yürüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı tələbələr, ictimai fəallar və yerli sakinlər iştirak ediblər.
Yürüş Marneuli şəhərinin mərkəzindən başlayaraq Rustaveli prospekti boyunca davam edib. Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan iştirakçılar “Qarabağ Azərbaycandır” şüarını səsləndiriblər.
Tədbir zamanı iştirakçılar Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərin regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin vurğulayıblar ki, bu tədbir yalnız bir bayram aksiyası deyil, həm də iki xalq arasında dostluq münasibətlərinin və birgə gələcəyə inamın təzahürüdür
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.