AZ

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır » AzadMedia.az


Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır:

"Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir. Bu gün cəsur oğullarımızın qanları hesabına azad Qarabağ torpaqlarında gözəl Xarıbülbül yenə çiçək açır, ümid gətirir. Uca Allah tərəqqi və firəvanlıqla dolu gələcəyə addımlayan böyük xalqlarımıza güc-qüvvət versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə dostluğu!"
Seçilən
24
azadmedia.az

1Mənbələr