AZ

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi paradda hərbçilərin keçidi başlayıb

Bakıda keçirilən Hərbi paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı bitib, hərbçilərin keçidi başlayıb.

Missiya.Az xəbər verir ki, Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Qarabağ" ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı altında tribunaya doğru irəliləyib.

Dövlət bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirilib.

Seçilən
111
missiya.az

1Mənbələr