Azərbaycan Ordusunun arsenalına yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi əlavə edilib.
Publika.az xəbər verir ki, hərbi texnika noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə nümayiş olunub.
Qeyd edək ki, budəfəki paradda bir neçə yeni silah və texnika nümayiş etdirilib.