ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Salyan rayon Heydər Əliyev adına meydanda Şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunan təntənəli bədii-musiqili bayram tədbiri keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və rayonumuzun qonaqları iştirak ediblər. İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi - ən qürurverici məqamı olan möhtəşəm Zəfərimizi beşinci ildir ki, milli qürur duyğusu ilə qeyd edirik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.Natiq vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq bərpa işləri Azərbaycan dövlətinin, Liderinin yorulmaz fəaliyyətinin ən mühüm nəticəsidir. Möhtərəm cənab Prezident lham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacaq, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə əzəmətlə dalğalanacaqdır.Milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı bu tarixi günə həsr olunmuş konsertdə Respublikanın tanınmış mədəniyyət, incəsənət xadimlərinin və Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik, qələbə ab-havalı musiqilər səsləndirilib. Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.