Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
KONKRET.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.
Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib.
Görüş Hidayət Heydərovun “yuka” xallı qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.