AZ

Alimlərdən beyinlə bağlı inanılmaz kəşf

Alimlər beyin hüceyrələrinin müxtəlif növlərinin erkən embrional və döl mərhələlərindən yetkinlik yaşına qədər necə yarandığını və yetkinləşdiyini müəyyən etmək üçün iddialı bir təşəbbüsdə uğur əldə ediblər. Bu biliklər autizm və şizofreniya kimi beyinlə əlaqəli müəyyən xəstəliklərin öhdəsindən gəlməyin yeni yollarını göstərə bilər.

Publika.az "Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar inkişaf edən insan və məməli heyvan beyninin atlaslarının ilk layihəsini tamamladıqlarını bildiriblər. Tədqiqat insan və siçanın beyin hüceyrələrinə yönəlib, meymunun beyin hüceyrələrində də bəzi işlər aparılıb. Alimlər ilkin layihələrində müxtəlif növ beyin hüceyrələrinin inkişafını xəritələşdirib, onların necə doğulduğunu, fərqləndiyini və unikal funksiyalara malik müxtəlif növlərə necə çevrildiyini izləyiblər. Həmçinin onlar zamanla bu hüceyrələrdə genlərin necə açıldığını və ya söndürüldüyünü də öyrəniblər.

Alimlər beyin proseslərini idarə edən əsas genləri müəyyən edib, insan və heyvan beyinləri arasında hüceyrələrin inkişafının bəzi ortaq cəhətlərini, eləcə də əvvəllər məlum olmayan hüceyrə növlərini müəyyən ediblər. Beləliklə, insan beyninin bəzi unikal aspektləri aşkar edilib.

Yeni kəşf “Nature” jurnalında dərc olunmuş tədqiqatlar toplusunda ətraflı şəkildə təsvir edilib.

Tədqiqat ABŞ Milli Səhiyyə İnstitutunun BRAIN Hüceyrə Atlası Şəbəkəsinin və ya BICAN-ın bir hissəsidir. Bu, insan beyninin hərtərəfli atlasını yaratmaq üçün beynəlxalq elmi əməkdaşlıqdır.

Seçilən
17
1
publika.az

2Mənbələr