AZ

Şimal Cənub dəhlizi çərçivəsində Rusiyadan Tehran yaxınlığındakı limana yük qatarları çatıb

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Rusiyadan ilk yük qatarı Tehran yaxınlığındakı quru limanına çatıb.

Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı ticarət nümayəndəliyi məlumat yayıb.

"Rusiyadan ilk qatar İranın Aprin quru limanına gəlib. Bu göndəriş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə logistika xidmətlərinin inkişafında mühüm mərhələdir. Sulfat sellülozu ilə dolu 62 konteynerdən ibarət qatar quru limanına çatıb. Tranzit müddəti 13 gün təşkil edib", - məlumatda qeyd olunub.

Ticarət nümayəndəliyinin bildirdiyinə görə, Aprin İranın "Şərq-Qərb" və "Şimal-Cənub" dəmir yolu dəhlizlərinin kəsişməsində yerləşən müasir multimodal logistik habdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
2
bakivaxti.az

3Mənbələr