AZ

Qarabağ yaşıl zonaya çevrilir

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri Prezident İlham Əliyevin siyasətini və fəaliyyətlərini tam dəstəkləyirlər. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlar işğaldan azad edildikdən sonra son 5 il ərzində Qarabağ regionunda geniş bərpa işləri həyata keçirilib.

İşğal dövründə Qarabağın ətraf mühitinə ciddi ziyan dəyib. 60 min hektardan çox yaşıllıq sahəsi məhv edilib, bu ərazilərdə xüsusi qorunan sahələr, nadir flora və fauna, həmçinin “Qırmızı kitab”da olan növlər də məhv edilib. Qanunsuz təbii ehtiyatların istismarı, xüsusilə Kəlbəcərdə və Zəngilandakı yataqlara, bölgənin ekoloji balansına ciddi zərər vurub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov söyləyib.

O bildirib ki, torpaqlar azad edildikdən sonra dövlətimizin başçısının tapşırığı ilə müvafiq qurumlar Qarabağın ətraf mühitinin bərpasına başlayıb. Prezident İlham Əliyev tərəfindən Qarabağ bölgəsi yaşıl zona elan edilib, bu, ətraf mühitin inkişafı baxımından mühüm qərar hesab olunur.

"Qarabağda bərpa olunan enerjinin geniş tətbiqi nəzərdə tutulur. Vətəndaş cəmiyyəti dövlətlə birlikdə bu proseslərdə iştirak etməyə və bölgənin ekoloji zərərinin aradan qaldırılmasına dəstək verməyə hazırdır.

Əminik ki, Qarabağ Azərbaycanın ətraf mühitinin inkişafı ilə Qafqazın nümunəvi bölgəsinə çevriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı buna nail olacaq",- deyə QHT sədri vurğulayıb.

 

Seçilən
5
1
ekologiya.az

2Mənbələr