AZ

Paketə girən heç bir şey uşağın mədəsinə düşməməlidir - Həkimdən XƏBƏRDARLIQ

Pediatr Aytən İsmayılzadə azyaşlı uşaqların yediyi paketlənmiş qidalarla bağlı valideynlərə xəbərdarlıq edib.

Azreform.info xəbər verir ki, həkim uşaqların yediyi bu cür qidalarl “zir-zibil” adlandırıb. 

“Paketə girən heç bir şey uşağın mədəsinə düşməməlidir. Bilin ki, bu məhsullar sadəcə konservantlanıb paketlənməyib, həm də tərkibinə xüsusi maddələr qatılıb. Bu maddələr  həm asılılıq yaradır, həm də bədənin hormonal balansına, metabolizminə təsir edir”.

Pediatr paketlənmiş qidaların uşaqlarda  gələcəkdə hansı xəstəlikləri yarada biləcəyini də sadalayıb:

- qaraciyər piylənməsi
- insulin dirənci
- şəkərli diabet
- cinsi inkişaf pozulması
- qızlarda yumurtalıq polikistozu
- arterial təzyiqin yüksəkməsi
- ürək xəstəlikləri
- onkoloji xəstəliklər
- mədə-bağırsaq xəstəlikləri
- allergik xəstəliklər.

Bu oğlan uşağı 5 yaşdadır. Valideyn özü diqqət edib ki qarnı nəsə normal kök kimi deyil və haqlıdır da. Bu hal normal deyil. Pis qida vərdişləri insanları məhv edir. Hamısın tərkibi hormonlar, şəkər, fruktoza, konservant, allergen, trans yağlar (marqarin) ilə zəngindir. Tərkibində faydalı nəsə yoxdur, ancaq bəh-bəhlə alıb uşaqlara veririk. Həqiqətən də bu gedişlə yaxın gələcəyin insanları dərmansız yaşaya bilməyəcək. Elə indidən də belədir”.

A.İsmayılzadə trans yağların zərələrindən də söz açıb:

“Bu marqarin dediyimiz trans yağlar bitki yağlarının bərkidilmiş formasıdır, amma bunu donduraraq deyil, kimyəvi yolla edirlər. Doymamış rabitələr doymuş rabitələrə çevrilir və bu süni yağlar təbii yağların işini görə bilmir. Yəni hüceyrə divarı yaratmır, enerji ehtiyatına yaramır, harada boş yer tapsa ora yığılır. Qaraciyəri piyləndirir, dəri altında belə topa-topa yığılır. Aldığınız bütün paket məhsullarında hamburger, kolbasa, sosisdə, şokolad yağında, şirniyyatlarda çox miqdarda trans yağlar və fruktoza var.

Fruktoza da qaraciyərin yağlanmasına gətirən maddədir. O da yağa çevrilib depolanır. Əgər uşağınızda bu hal yoxdursa, elə bilməyin ki, yediyi zir-zibil ona düşür və ya ona zərər vermir və ya o az yeyir. “Azın az, çoxun çox zərəri” məsəli  burada nisbidir. Çünki orqanizmlər fərqlidir və kimə hansı qədərin artıq olduğunu deyə bilmərik. 

Bu məhsullar hamısı bədəndə xroniki iltihabı, autoimmun xəstəlikləri tətikləyir. 

Təkcə uşaqlara deyil, böyüklərə də aiddir. Bu məhsulların satışı ancaq qazanc məqsədlidir:

1.    Birbaşa “zibil”ini satıb pul qazanırlar;
2.     Dolayı yolla xəstələndirib dərmanını satıb yenə də qazanırlar.

Həm sağlığını, həm də pulunu itirən isə qurban insanlardır”.

Billurə Yunus
 

Seçilən
3
2
azreform.info

3Mənbələr