AZ

Azərbaycan atıcısı dünya çempionatında yeni rekorda imza atıb

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

Moderator.az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, idmançı 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayıb.

O, həmçinin bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

 

 

 

Seçilən
6
21
moderator.az

10Mənbələr