AZ

Tehran sakinlərinə suyun verilməsi məhdudlaşdırılıb

İranda ciddi quraqlıqla əlaqədar Tehran sakinlərinə su verilişi məhdudlaşdırılıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" İran KİV-inə istinadən bildirib.

"Bu, müəyyən narahatlıqlar yaratsa da, su israfının qarşısını almağa kömək edəcək", - KİV-lər İranın energetika naziri Abbas Əliabadinin dövlət televiziyasındakı çıxışından sitat gətirir.

İranın "Haft-e Sobh" qəzeti qeyd edir ki, şəbəkədə təzyiqin azalması və yerüstü və yeraltı su ehtiyatlarının azalması Tehranın su təchizatında ciddi qeyri-sabitlik yaradıb.

"Cebheinfo.az" 

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr