AZ

“Zəfər turu” : "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib

Bakı. Trend:

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Trend xəbərverir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünəgörə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hərsaatın 44-cü dəqiqəsində başlanılır.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvanklubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə“Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuzklubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovunkomandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyəyüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), FelipeSantos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, KamranƏliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” - “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, EminƏliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu

9 noyabr (bazar)

15:44. “Kəpəz” - “Sabah”

18:44. “Qarabağ” - “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

Məqalədə:
Seçilən
14
6
az.trend.az

10Mənbələr