ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Türkiyədə 13 yaşlı uşaq qətl törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Qaziosmanpaşa qəsəbəsində qeydə alınıb.
13 yaşlı Y.K. ilə 16 yaşlı A.M. arasında tərs baxmaq üstündə münaqişə yaranıb. Bu zaman A.M.-in babası 59 yaşlı Sərvət Məcid onları ayırmağa gəlib. Y.K. isə əvvəlcə bıçaq çəkib, sonra da baba və nəvəsinə tapançadan 4 dəfə atəş açıb. Güllə yaraları alan baba xəstəxanaya yerləşdirilib, lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Nəvə A.M. də ayağından yaralanıb.
Hadisə yerindən qaçan Y.K. isə polis tərəfindən saxlanılıb. Onun əvvəllər də qəsdən xəsarət yetirmə, narkotik maddələrin satışı, quldurluq və s. kimi cinayətləri olduğu üzə çıxıb. Məhkəmə qərarı ilə qatil yeniyetmə həbs olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.