ain.az bildirir, Fanat portalına istinadən.
Futbol dünyasının ən etibarlı mənbələrindən biri sayılan Fabritsio Romano Lionel Messinin gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder “Qalatasaray”la Messinin danışıqlar apardığı barədə xəbərlərin əsassız olduğunu bildirib.
Romano “X” hesabında paylaşıb: “Messi hazırda heç bir klubla danışıqlar aparmır. Onun diqqəti yalnız “İnter Mayami”dəki performansına və MLS-dəki hədəflərinə yönəlib. “Qalatasaray” və digər Avropa klubları ilə heç bir görüş keçirilməyib.”
Xatırladaq ki, son günlər Türkiyə mətbuatında Messinin İstanbul klubuna keçidi ilə bağlı müxtəlif iddialar yer almışdı. Lakin bu açıqlama ilə həmin xəbərlər tam təkzib edilmiş oldu.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.