ABL-nin VI turunda "Gəncə" evdə NTD-ni 90:78 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "Gəncə"nin baş məşqçisi Halil Atlı oyundan sonra fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb: "Rəbimizi mübarizə əzminə görə təbrik edirəm.  Onlar da çətin durumdan keçirlər. Təhlükəli komandadırlar. Son məğlubiyyətdən sonra konsentrasiya üzərində çox çalışdıq. Oyuna da yaxşı başladıq. Enişli-yoxuşlu oynadıq. Məşqlərdə üzərində çalışdığımız işləri meydanda reallaşdıra bildik. Oyunçulara təşəkkürümü bildirirəm. Azarkeşlərimizə də minnətdarıq. Tribunaları doldurdular. Onlar bizə dəstək verdikcə, biz də yaxşı çıxış edirik".

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev isə məğlubiyyəti belə şərh edib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Bəzi məqamlarda çox yaxşı oynadıq. Təəssüf ki, üçüncü hissədə uğursuz çıxış etdik. Amma ən böyük səhvimiz rəqibə hücumda 21 ribaund götürməyə imkan verməyimiz oldu. Bu, bizim üçün böyük problemə çevrildi. Halbuki böyük istəklə oynadıq. Hücumda pis çıxış etmədik. Amma rəqibə bu qədər ribaund vermək olmaz. Növbəti oyuna hazırlaşacağıq".