AZ

Kredit ödənişi bayrama düşənlərin NƏZƏRİNƏ: Bu halda cərimələnəcəksiniz

Kredit ödəniş gününün bayram və ya qeyri-iş gününə təsadüf etməsi bir çox borcalanı maraqlandıran məsələlərdəndir.

Bəs, kredit ödəniş günü bayrama düşsə gecikmə hesablanırmı?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələ birbaşa bağlanmış müqavilənin şərtlərindən asılıdır:

Xalid Kəriml

“Kredit müqaviləsində ödəniş tarixinin qeyri-iş günlərinə düşdüyü hallarda nə cür davranılacağı göstərilməlidir. Çünki orada ödəniş tarixi dəqiq qeyd olunur. Əgər müqavilədə bununla bağlı xüsusi bənd yoxdursa və ödəniş tarixi ötürülürsə, həmin gündən etibarən cərimə faizi hesablanır.”

Ekspertin sözlərinə görə, bu məsələnin birmənalı həlli yoxdur və hər bir halda müqavilə şərtlərinə diqqət yetirilməlidir.

“Bəzi banklar ödəniş günü bayrama düşərsə, növbəti iş gününə qədər güzəşt tətbiq edir, lakin bu, yalnız müqavilədə qeyd olunduğu halda mümkündür,” – deyə Xalid Kərimli əlavə edib.

Seçilən
8
3
nocomment.az

4Mənbələr