AZ

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli bayram konserti təşkil edilib

Noyabrın 8-də  Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli bayram əhvali-ruhiyyəsində iştirak edib.

Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhid ailələri və müharibə veteranları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhid məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub, Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri və kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və "Əsgərə məktub" aksiyası bayram tədbirinə əlavə rəng qatıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, çıxışında bildirib ki, bu şanlı və tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin memarı olduğu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük  uğurla həyata keçirdiyi siyasətin, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.

Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.

Tədbirin sonunda atəşfəşanlıq olub.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr