Premyer Liqanın XI turunda növbəti oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"la qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yevlax təmsilçisindən16-cı dəqiqədə Araz Abdullayev rəqib qapısına yol tapıb. Naxçıvan komandasının heyətində isə Hamidu Keyta 65-ci dəqiqədə hesabı bərabərləşdirib.
Naxçıvan komandasının digər futbolçusu Felipe Santos isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib.
Bu nəticədən sonra "Karvan-Yevlax" 5 xalla 11-ci pillədə yer alıb. "Araz-Naxçıvan" isə 19 xalla 5-cidir.