AZ

Axı bu hücumçunun əsas heyətdə nə işi var?

«Sumqayıt» mövsümün ilk iki həftəsindəki göstəricisini təkrarladı. «Araz-Naxçıvan»dan sonra «Qəbələ»ni səfərdə uddular.
Bu, çıxışa keçid deməkdir? Gəlin, hələ tələsməyək.
«Sumqayıt»ın oyunu ilə nəticəsi üst-üstə düşmədi Qəbələdə. Hədsiz səhvlərə yol verdilər oyunboyu.Aleksandr Ramalenqomun penalti zərbəsini qaçırdığı ana qədər ev sahiblərini heç nəylə təəccübləndirmədilər. Turnir cədvəlində liderlər qrupundan uzaq düşmək istəməyən komanda belə oynamağa davam edəcəksə, ona əppək çatmayacaq. Bir sabitlik olmalıdır və Saşa İliçin bununla bağlı hansı addımlar atacağı çox maraqlıdır.
Hər halda baş məşqçi əsas heyətdə güvəndiklərini tək-tək analiz etməli, dəyişiklərə əl atmalıdır. Düzdür, Ramalenqom penaltini qaçırsa da, sonradan bir qol vuraraq günahını müəyyən qədər yudu, lakin bu, İliçin onu ilk «11-lik»dən kənarda saxlamasına mane olmamalıdır. Maqadaskarlı hücumçunun artıq çəkidən əziyyət çəkdiyi görünür. Fiziki cəhətdən ağırdır.
Serbiyalı çalışdırıcı müdafiədəki problemlərə bir əlac etməlidir təcili. «Qəbələ»nin mərkəz və cinah istiqamətlərində arxaya atdığı toplar «Sumqayıt»a qorxulu anlar yaşatdı.
Mehdi Cənnətovu da bilmək olmur. Gah əla təsir bağışlayır, gah uşaq səhvləriylə yadda qalır. İliç sevinsin ki, Cənnətov Qəbələdə soyuqdan üşümədi, bəzi epizodlarda komandasını real qoldan xilas elədi.

ELXAN

Seçilən
28
sportinfo.az

1Mənbələr