AZ

Ronaldu 953 cü qolunu vurdu: Komandası qələbə qazandı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı Pro Liqasının 8-ci turunda lider "Ən-Nəsr" Təbukda yerli "Neom"un qonağı olub.

"Cebheinfo.az" xəbər verir ki, matçda əsas hadisələr ikinci hissədə cərəyan edib.

47-ci dəqiqədə qonaqların hücumçusu Qarbiel Anjelo hesabı açıb. Bu azmış kimi 56-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən yararlanan "Ən-Nəsr"in kapitanı Kriştianu Ronaldu karyerasının 953-cü qolunu vuraraq fərqi artırıb.

84-cü dəqiqədə Əhməd Cabir buraxılan qollardan birinin əvəzini çıxsa da, Joao Feliks dəqiq zərbə ilə hesabı 1:3-ə çatdırıb.

Hazırda Ər-Riyad klubu 24 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. "Neom" isə 13 xalla 7-cidir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr