AZ

Millət vəkili Tənzilə Rüstəmxanlı şəhid anaları ilə görüş keçirdi – FOTOLAR

06 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhər Heydər Əliyev Mərkəzində bir qrup şəhid anası ilə görüş keçirmişdir.

Millət vəkili Tənzilə Rüstəmxanlı görüş iştirakçılarını salamlayaraq, onlarla bir araya gəlməkdən məmnunluğunu ifadə etmiş və bildirmişdir ki, “Dünyada elə bir söz, elə bir təsəlli yoxdur ki, şəhid anasının ürəyindəki acını, həsrətini tam şəkildə sağalda bilsin. Lakin onların yanında olmaq, qayğı və diqqətlə əhatə etmək hər birimizin mənəvi borcudur.”

Deputat qeyd etmişdir ki, bu görüşün əsas məqsədi şəhid anaları ilə səmimi təmas qurmaq, onların fikirlərini, qayğı və ehtiyaclarını birbaşa dinləmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

Görüşdə iştirak edən şəhid anaları Tənzilə Rüstəmxanlının səmimi dəvətinə və diqqətinə görə minnətdarlıq ifadə etmiş, öz fikirlərini, ürək sözlərini bölüşmüşlər. Həmçinin, onları narahat edən bəzi məsələləri də səsləndirərək, müvafiq təkliflərini bildirmişlər.

Görüşün sonunda şəhid anaları deputata göstərdiyi qayğı və diqqətə görə təşəkkür etmiş, belə səmimi görüşlərin gələcəkdə də davam etdirilməsini arzulamışlar.

Yekunda xatirə şəkli çəkdirilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir və möhkəmlik bəxş etsin.

Seçilən
33
interpress.az

1Mənbələr