AZ

Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb - FOTO

"PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində Zəfər Günü münasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.

Day.Az xəbər verir ki, "PAŞA Holding" 2023-cü ildən etibarən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid övladlarına "PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Zəfər Gününün beşinci ildönümü münasibətilə nəzərdə tutulan sovqatlar noyabr ayının əvvəlindən etibarən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin dəstəyi ilə şəhid ailələrinə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

 

Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da daxil edilib. Hazırda proqram 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra baş vermiş sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid olmuş şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıq övladını əhatə edir.

Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyə sahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.

  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
  • Zəfər
Seçilən
0
5
day.az

6Mənbələr