AZ

İrakli Kobaxidze: Gürcüstan hökuməti hərtərəfli onillik inkişaf strategiyası hazırlayır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 8 noyabr, AZƏRTAC

“Gürcüstan hökuməti ölkənin hərtərəfli onillik inkişaf strategiyasını hazırlayır. Bu sənəd Gürcüstanın inkişafı üçün yüksək keyfiyyətli bələdçi olacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze CCTV-nin “Liderlərin söhbəti” proqramında onillik inkişaf strategiyası ilə bağlı suala cavabında bildirib.

“Strateji planlaşdırma ölkənin ardıcıl inkişafının təmin edilməsi üçün həqiqətən vacibdir və buna görə də biz bütün diqqətimizi yüksək keyfiyyətli sənədin hazırlanmasına yönəltmişik”- deyə, Baş nazir bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişaf ölkə üçün əsas prioritetdir. “Biz təhsil sistemində islahatlara da yönəlmişik. Bura sosial sahələr və sosial islahatlar da daxildir. Strateji planlaşdırma həqiqətən də dövlətin ardıcıl inkişafını təmin etmək üçün vacibdir. Yüksək keyfiyyətli sənəd Gürcüstanın tranzit ölkə kimi strateji rolunun gücləndirilməsinin əsas prioritetlərindən və iqtisadi baxışının mühüm istiqamətlərindən biridir” - deyə, Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
2
azertag.az

3Mənbələr