AZ

Etibarnamə verdiyi şəxs onun etibarından belə sui-istifadə etdiVİDEO

İşə düzəlmək istəyib, dələduzların toruna düşüb...

Xezerxeber.az xəbər verir ki, hadisə yardımlı sakini Pərvin Zeynalovun başına gəlib. Onun sözlərinə görə, votsap qurupu üzərindən tanış olduğu şəxs ona işə düzəldəcəyi vədi verib. Pərvin Zeynalov da həmin şəxsə inanıb və ona etibarnamə verib. Bir müddət sonra isə adına 3600 manatdan çox borc olması ilə bağlı xəbərdarlıq alıb. Araşdırdıqda öyrənib ki, özünün də xəbəri olmadan adına 3 şirkət açılıb.

Pərvin Zeynalov bildirir ki, etibarnamə verdiyi şəxs bir müddət sonra onu bir daha görüşə dəvət edərək adına bankda hesab acacağını və məvacibinin həmin karta köçürüləcəyini deyib.

O, iddialarına aydınlıq gətirməq məqsədi ilə biz də həmin şəxslərə zəng etdik. Lakin zənglərimiz cavabsız qaldı.

Dövlət Vergi Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, son vaxtlarda vətəndaşların adından qanunsuz şirkətlər yaradılması və onların adına vergi borclarının yığılması hallarına tez-tez rast gəlinir. Bu səbəbdən də qurum vətəndaşları bir daha etibarnamə verməzdən və elektron imzalarını paylaşmazdan əvvəl diqqətli olmağa çağırır.

Baş Prokurorluqdan da qeyd edildi ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
xezerxeber.az

1Mənbələr