Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan tikilidə yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.
Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.