Bakı. Trend:
Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısıkimi and içib.
Trend-inməlumatına görə, andiçmə mərasimi “Boliviya TV” telekanalındayayımlanıb.
Tədbirdə Argentina Prezidenti Xavyer Miley, Paraqvay PrezidentiSantyaqo Penya, Uruqvay Prezidenti Yamandu Orsi, Çili PrezidentiQabriel Boriç və Ekvador Prezidenti Daniel Noboa iştirak ediblər.Həmçinin vitse-prezident Edmand Lara da and içib.
Xatırladaq ki, Rodriqo Pas oktyabrın 19-da keçirilən prezidentseçkilərinin ikinci turunda qalib gələrək dövlət başçısı seçilib.Bu nəticə ilə keçmiş prezidentlər Evo Morales (2006–2019) və LuisArsenin (2020–2025) təmsil olunduqları “Sosializmə Doğru Hərəkat”Partiyasının təxminən 20 illik hakimiyyətinə son qoyulub.
1989–1993-cü illərdə Boliviyaya rəhbərlik etmiş keçmiş prezidentXayme Pas Samoranın oğlu olan Rodriqo Pas “hamı üçün kapitalizm”şüarı ilə islahatlar aparacağını vəd edib. O, vergi gəlirlərininregionlar və bələdiyyələr arasında yenidən bölüşdürülməsini,iqtisadiyyatın mərkəzsizləşdirilməsini, mövcud kreditproqramlarının davam etdirilməsini və kiçik, orta sahibkarlığıninkişafı üçün vergi güzəştlərinin tətbiqini təklif edir.