AZ

ABŞ-da xroniki xəstəlikləri olan miqrantlara viza verilməyəcək

ABŞ administrasiyası miqrasiya qaydalarını sərtləşdirib.

Musavat.com xəbər verir ki, CBS News-un məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının yeni göstərişi konsulluq əməkdaşlarına müəyyən xroniki xəstəlikləri olan şəxslərə viza verməməyi tapşırır.

Söhbət diabet, piylənmə, onkoloji və ürək xəstəlikləri, eləcə də psixi pozuntulardan əziyyət çəkən şəxslərdən gedir.

Yeni qaydalara əsasən, əgər bu şəxslərin ABŞ-da bahalı müalicəyə ehtiyac duyacağı və ya dövlət yardımından asılı vəziyyətə düşəcəyi ehtimal edilirsə, onlara viza verilməyəcək. 

 

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr