Ukrayna sərhədindəki bütün sərhəd-keçid məntəqələri fəaliyyətini bərpa edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin sərhəd xidməti öz Telegram kanalında məlumat yayıb.
“Gömrükçülər adi qaydada nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini həyata keçirirlər”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Ukraynada bütün sərhəd keçidləri dayandırılmışdı . Sərhəd xidməti izah edib ki, gömrük məlumat bazasında nasazlıq baş verib.
Bundan əvvəl deputat Sergey Yevtuşok bəyan etmişdi ki, Ukrayna ölkəni tərk etmiş ukraynalıların 80-90 faizini itirmək təhlükəsi ilə üz-üzədir.