Britaniyalı "McLaren" pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının 21-ci mərhələsi olan Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, yarış "İnterlaqos" trekində keçirilir.
"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli ikinci, onun komanda yoldaşı britaniyalı Corc Rassel isə üçüncü yeri tutub.
Mərhələnin əsas yarışı 9 noyabrda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Cebheinfo.az"