AZ

“Red Bull” pilotları Braziliya Qran-prisində ilk mərhələdən kənarda qaldı

“Red Bull” komandasının hər iki sürücüsü — dördqat dünya çempionu Maks Verstappen və yaponiyalı Yuki Tsunoda Braziliya Qran-prisinin təsnifat mərhələsində uğursuz çıxış edib.

90deqiqe.Az-ın məlumatına görə, hər iki pilot təsnifatın ilk seqmentini keçə bilməyib. Yuki Tsunoda 19-cu, Maks Verstappen isə 16-cı yeri tutub.

Hazırda dünya çempionatında lider “MakLaren” pilotu Lando Norrisdir. Britaniyalı sürücünün aktivində 365 xal var. Komanda yoldaşı Oskar Piastri 356 xalla ikinci, “Red Bull” təmsilçisi Maks Ferstappen isə 326 xalla üçüncü pillədə qərarlaşıb.

Seçilən
24
90deqiqe.az

1Mənbələr