Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Busaat.az-a verilən məlumata görə, Zəfər meydanında şəhər səması rəngbərəng işıqlarla bəzənib.
Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb və tədbir iştirakçıları arasında bayram əhval-ruhiyyəsi yaradıb.






