Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Qaziantep" doğma meydanda "Rizəspor"u qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
"Trabzonspor" doğma meydanda "Alanyaspor"u sınağa çəkib. Bu görüşdə də qalib müəyyənləşməyib.
"Kasımpaşa" evdə "Göztəpə" ilə üz-üzə gəlib və görüşdə qonaqlar qələbə qazanıb.
"Beşiktaş" isə səfərdə "Antalyaspor"un qonağı olub və bu görüşdə də İstanbul təmsilçisi inamlı qələbəyə sevinib.