İtaliya A Seriyasının 2025/2026 mövsümünün XI turu çərçivəsində keçirilən “Yuventus” – “Torino” qarşılaşması qolsuz bərabərliklə (0:0) yekunlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, matç “Alyans” stadionunda baş tutub və görüşə Luka Çufferli başçılıq edib.
Bu nəticədən sonra “Yuventus” yeni baş məşqçisi Lusiano Spalettinin rəhbərliyi altında keçirdiyi üçüncü oyunda 19-cu xalını qazanıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
“Torino” isə 11 turdan sonra 14 xalla 11-ci yerdə mövqelənib.