AZ

Robert Fitso: Si Cinpin, Fridrix Merts və Mark Rutte Slovakiyaya səfər edəcək

Slovakiya Çin Sədri Si Cinpinin səfərini gözləyir.

Bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Lakin o, səfərin dəqiq tarixini açıqlamayıb.

Fitso, həmçinin qeyd edib ki, Almaniya kansleri Fridrix Merts və NATO-nun baş katibi Mark Ruttenin yaxın gələcəkdə Slovakiyaya səfərləri planlaşdırılır.

"Biz kansler Mertslə onun yaxın gələcəkdə Slovakiyaya səfəri barədə açıq razılığa gəlmişik. Düşünürəm ki, baş katib Mark Rutte də noyabrın 18-də burada olacaq və sonra mən Brüsselə gedəcəyəm", - o deyib.

Fitso jurnalistlərlə söhbətində həmçinin Rusiyanın dondurulmuş aktivlərinin 140 milyard avroluq hissəsinin Ukraynanın yenidən qurulması və ya yardımı üçün istifadə edilməsi məsələsinə toxunub. Slovakiya hökumətinin başçısı bu aktivlərin Kiyev üçün müdafiə avadanlığı məqsədilə istifadəsi ideyasını dəstəkləməyib.

"Yəqin ki, silah və hərbi xərclərə 140 milyard avro xərcləsək, bunun heç vaxt geri qaytarılmayacağı qənaətinə gələcəyik. Slovakiya hərbi xərclərdə iştirak edə bilməz", - o deyib.

 

(Report)

Seçilən
3
2
moderator.az

3Mənbələr