AZ

Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb

Serbiyalı tennisçi Novak Cokoviç Afina şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirinin finalında italiyalı Lorenso Muzettini məğlub edib.

Apasport.az xəbər verir ki, gərgin keçən görüş 4:6, 6:3, 7:5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb.

Bu qələbə Cokoviç üçün karyerasında 101-ci titul olub. O, Açıq dövr (peşəkar və həvəskar tennisin ayrıldığı dövrün başa çatmasından sonrakı mərhələ) üzrə qazanılmış titul sayına görə üçüncü yerdə qərarlaşıb.

Siyahıya 109 titul qazanan amerikalı Cimmi Konnors başçılıq edir, ikinci yerdə isə 103 titul sahibi olan isveçrəli Rodcer Federer qərarlaşıb.

Tennis millimiz Moldova yığması ilə qarşılaşacaq

Millimiz irlandiyalılara məğlub oldu

Tennis millimizdən qələbə

Tennisçilərimiz “Davis Cup”a qələbə ilə başlayıb

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Seçilən
8
3
apasport.az

4Mənbələr