Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Qaziantep” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” da “Alanyaspor”la ev oyununda xal itkisi ilə üzləşib.
“Antalyaspor”un qonağı olan “Beşiktaş” bu turda inamlı qələbəyə sevinib. “Kasımpaşa” isə evdə “Göztəpə”yə uduzub.
12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
12-ci tur
7 noyabr
Gənclərbirliyi – Başakşəhər 2:1
Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.
8 noyabr
Qaziantep – Rizəspor 2:2
Qollar: Bayo, 2. K.Rodriqes, 74 – Sou, 92. K.Rodriqes, 59-öz qapısına.
Trabzonspor – Alanyaspor 1:1
Qollar: Onuaçu, 15 – Haci, 73.
Antalyaspor – Beşiktaş 1:3
Qollar: Boli, 52 – Abraham, 2. Djalo, 27. J.Silva, 81.
Kasımpaşa – Göztəpə 0:2
Qollar: J.Santos, 52; 55.
9 noyabr
15:30. Karagümrük – Konyaspor
18:00. Kocaelispor – Qalatasaray
21:00. Fənərbağça – Kayserispor
21:00. Samsunspor – Eyüpspor

