AZ

“Atletiko Madrid” Qrizmannın dublu sayəsində “Levante”nin öhdəsindən gəlib - VİDEO

La Liqanın 12-ci turu çərçivəsində Madridin “Atletiko” klubu “Levante”ni qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşma “Sivitas Metropolitano” stadionunda baş tutub.

Oyunda hesabı 12-ci dəqiqədə madridlilərin oyunçusu Adrian De La Fuent açıb. 21-ci dəqiqədə Manuel Sançes bərabərlik qolunu vurub.

61-ci dəqiqədə Antuan Qrizmann yenidən meydan sahiblərini önə çıxarıb. 80-ci dəqiqədə Qrizmann oyunun yekun hesabını təyin edib – 3:1.

Bu oyundan sonra Madrid klubu 25 xal toplayaraq ikinci yerdədir. “Levante” 9 xalla 17-ci yerdə qərarlaşıb.

İdman.Biz

Seçilən
34
1
idman.biz

2Mənbələr