AZ

Millimizin üzvü 90 dəqiqə oynadı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə artıq çempionluğu təmin edən “Joenbuk”la qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

Qeyd edək ki, "Daejeon" 61 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalmış Krivotsyukun komandası ən yaxın izləyicisini 3 xal qabaqlayır. Komanda artıq gələn tur gümüş medalı təmin edə bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
qol.az

2Mənbələr