Litvanın paytaxtı Vilnüsdə hava limanının hava məkanında naməlum obyektlərin olması səbəbindən təyyarələrin gediş-gəlişində məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, aeroportun məsuliyyət zonasında yerləşən dispetçer sahəsi də müvəqqəti bağlanıb. Hava məkanında qeydə alınan naməlum obyekt barədə əlavə məlumat verilməyib.