AZ

Vuçiç tənqidlərə belə cavab verdi: Əziz dostlar, qəzəblənməyin, mənim vəzifəm ...

BAKI, 8 noyabr. TELEQRAF

"Mənim vəzifəm Serbiyanın maraqlarını qorumaqdır. Mən hamı ilə sivil və mehriban olmağa çalışıram"

Teleqraf xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç onu tənqid edənlərə bu sözlərə cavab verib.

Moskva və Pekinə səfərləri ilə bağlı tənqidlərə cavab verən dövlət başçısı Serbiyanın maraqlarından çıxış etdiyini bildirib.

"Bəzilərinin xoşuna gəlmir ki, Serbiyanın NATO-ya üzv olmaması və ona qoşulmaq niyyəti yoxdur. Bəziləri isə Serbiyanın onun ərazisində Rusiya KİV-lərinin olduğu yeganə ölkə olmasından xoşlanmır.

Moskva və Pekinə səfər etdiyim üçün hər kəs tərəfindən tənqid olunuram. Amma, həm Şərqdə, həm də Qərbdə olan əziz dostlar, qəzəblənməyin. Mənim vəzifəm Serbiyanın maraqlarını qorumaqdır".

Seçilən
32
teleqraf.com

1Mənbələr