AZ

Tərtərdə keçirilən Zəfər Günü atəşfəşanlıqla başa çatıb

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Tərtər şəhərində bayram konserti təşkil olunub. Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, "N" saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Tərtər Mədəniyyət Mərkəzinin "Qarabağ" ansamblının, Əməkdar artistlər Güllü Muradovanın, Elnur Zeynalovun və tanınmış müğənnilərin ifa etdikləri vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bayram coşqusu ilə keçən konsert proqramı atəşfəşanlıqla sona çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

3Mənbələr