AZ

Türkiyə Superliqası: “Beşiktaş”dan qələbə, “Trabzonspor” xal itirib VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Superliqasında bu gün 12-ci turun 4 oyunu keçirilib.

İdman.Biz bildirir ki, ilk olaraq “Qaziantep” və “Rizespor” qarşılaşıblar.

Oyun 2:2 hesabı ilə qurtarıb. Superliqanın turnir cədvəlində “Qaziantep” 7-ci yerdədir. Komanda 19 xal toplayıb. 10-cu yerdəki “Rizespor”un 14 xalı var.

“Trabzonspor” – “Alanyaspor” oyunu da heç-heçə başa çatıb – 1:1. “Trabzonspor” bu oyundan sonra 25 xalla üçüncü pillədə qərarlaşıb.”Alanyaspor” 15 xalla 8-ci yerdədir.

“Kasımpaşa” öz meydançasında “Göztəpə”yə məğlub olub – 0:2. “Kasımpaşa” 10 xalla 15-cidir. “Göztəpə” 22 xalla 4-cü mövqedədir.

Və nəhayət “Beşiktaş” səfərdə “Antalyaspor”dan üstün olub. Qarşılaşma 3:1 hesabı ilə bitib. “Beşiktaş” 20 xalla 6-cı yerdədir. “Antalyaspor” 13 xalla 12-ci yeri tutur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
icma.az

2Mənbələr