AZ

Novak Cokoviç ATP 2025 tur finalından imtina etdi

Serbiyalı tennisçi Novak Cokoviç, 24 dəfə “Böyük Dəbilqə” qalibi və dünya sıralamasında beşinci yerin sahibi, 9–16 noyabr tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək ATP 2025 tur finalından kənarlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb təcrübəli tennisçinin əl dirsək zədəsidir.

Qeyd edək ki, Cokoviç bu gün Yunanıstanın Afina şəhərində keçirilən ATP-250 turnirində qalib gəlib. O, finalda italyan tennisçi Lorenzo Musettini 4:6, 6:3, 7:5 hesabı ilə məğlub edib.

Cokoviçin yerini Musetti tutacaq və o, qrupda ispaniyalı Carlos Alcaraz, amerikalı Taylor Fritz və avstraliyalı Alex de Minaur ilə mübarizə aparacaq. İkinci ehtiyat isə qazaxıstanlı Alexander Bublik olacaq.

Seçilən
35
90deqiqe.az

1Mənbələr