AZ

Qərb yalan deyir, Trampla Orban razılaşıb - Siyarto

Macarıstan Baş naziri Viktor Orbanla ABŞ Prezidenti Donald Trampın noyabrın 7-də Ağ Evdə keçirilən görüşünün nəticəsinə əsasən, Macarıstan sanksiyalardan qeyri-müəyyən müddətə azad edilib.

Azreform.info xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Qərb mediasının sanksiyalarla bağlı xəbərini təkzib edərkən deyib.

“Bunun əksini iddia edənlər danışıqlarda iştirak etməyiblər. Orada olanlara danışmaq daha çox asandır”, - deyə macarıstanlı nazir bildirib.

Qeyd edək ki, ABŞ Macarıstanda “Rosatom” tərəfindən layihələndirilən “Pakş-2” atom elektrik stansiyasının (AES) tikintisinə qarşı sanksiyaları tamamilə ləğv edəcək.(axar.az)

Seçilən
0
4
azreform.info

5Mənbələr