AZ

Ceyhun Bayramov: "Ermənistan artıq sülh sazişi üçün real addımlar atır"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh sazişinin imzalanacağına inandığını bildirib.

 

Bu barədə nazir İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində danışıb.

 

Ceyhun Bayramov qeyd edib ki, 2020-2023-cü illər ərzində Ermənistan tərəfi səmimi addımlar atmayıb, lakin Azərbaycanın ardıcıl siyasəti nəticəsində vəziyyət tam dəyişib:

 

"2020-2023-cü illərdə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz isə suverenliyimizin bərpası istiqamətində addım-addım irəliləyirdik və 2023-cü ildə bunu tam olaraq başa çatdırdıq. Bu yeni reallıqları anlayan Ermənistan sülh sazişi üçün real addımlar atmağa başladı. Ona görə də iki illik dövrü əsas götürməliyik".

 

Nazirin sözlərinə görə, bu iki il ərzində əldə olunan nəticələr, o cümlədən Vaşinqtonda aparılan danışıqlarda əldə olunan razılaşmalar, regionun gələcəyi baxımından mühüm mərhələdir:

 

"Belə qısa müddətdə qalib dövlətlə məğlub dövlət arasında normallaşma prosesinin bu qədər sürətlə inkişaf etməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kim yüz faizlik zəmanət verə bilməz, amma mən sülh sazişinin imzalanmasına nikbin baxıram".

 

Ceyhun Bayramov əlavə edib ki, Ermənistanda cəmiyyətin daxilində də dəyişikliklər müşahidə olunur və bu, regionda sabitliyə ümid yaradır:

 

"Hazırda Ermənistanda ictimai diskurs dəyişməkdədir. Cəmiyyət qonşularla normallaşmanın vacibliyini başa düşür. Bu da gələcək üçün real əsaslar yaradır".

 

Tarix: 9 Noyabr 2025, 01:17   
Seçilən
2
3
pravda.az

4Mənbələr