AZ

Rusiya Ukraynanın bütün istilik elektrik stansiyalarını sıradan çıxardı - Kiyev istehsalın tam dayandığını açıqladı


Ukraynanın dövlətə məxsus enerji şirkəti olan "Centrenergo" ölkə daxilində bütün istilik elektrik stansiyalarının (İES) tamamilə dayandığını bəyan edib.

"Hazırda istehsal sıfırdır! Günlərlə bərpa edib ayağa qaldırdığımız stansiyaları tam itirdik"- deyə şirkət sosial media hesabında yaydığı açıqlamada bildirib.

"Centrenergo" stansiya işçilərinin təmir işlərini və yeni enerji istehsalı sistemlərinin istismara verilməsini üçün çalışacağını bildirib.

Bu açıqlama Rusiyanın Ukraynada hərbi, sənaye və enerji infrastrukturuna genişmiqyaslı hücumlarından qısa müddət sonra verilib. Rusiyanın Müdafiə Nazirliyi hücumlarda uzaqmənzilli yüksək dəqiqlikli silahlar, hipersəs "Kinjal" raketləri və pilotsuz uçuş aparatlarından istifadə edildiyini bildirib.

Ukraynanın dövlətə məxsus yeganə enerji şirkəti olan "Centrenergo" ölkənin ümumi elektrik enerjisi istehsalının təxminən 8 faizini, istilik enerjisi istehsalının isə 18 faizini qarşılayır.

TAHİR

Seçilən
65
baki-xeber.com

1Mənbələr