AZ

İrlandiya Futbol Assosiasiyası İsrail klublarının Avropa yarışlarından kənarlaşdırılmasını istəyir

İrlandiya Futbol Assosiasiyasının (FAI) iclasında İsrail komandalarının Avropa yarışlarından kənarlaşdırılması üçün UEFA-ya müraciət təklifi təsdiqlənib.

İdman.Biz-in məlumatına görə, FAI iddia edir ki, İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin İsrail klublarının iştirakı UEFA-nın nizamnamələrini pozur və İsrail Futbol Assosiasiyası “effektiv anti-irqçilik siyasəti” həyata keçirməyib. İsrail bu ittihamları rədd edir.

“The Guardian” qəzetinin verdiyi məlumata görə, FAI İsrailin Fələstin Futbol Assosiasiyasının razılığı olmadan “işğal olunmuş Fələstin ərazilərində” klublar yaratmasına işarə edir.

FAI-nin qətnaməsi 74 səslə dəstəklənib, yeddi əleyhinə və iki bitərəf səs verilib. UEFA hələlik Dublinin “Bohemians” klubu tərəfindən təklif edilən təşəbbüsə münasibət bildirməyib.

Xatırladaq ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) sentyabrın sonunda ABŞ prezidenti Donald Trampın region üçün sülh planını elan etməsindən sonra İsrail komandalarının Avropa futbol yarışlarından kənarlaşdırılması ilə bağlı müzakirələri dayandırıb.

İdman.Biz

Seçilən
7
1
idman.biz

2Mənbələr