AZ

Mayk Tayson Ceyk Pola uduzmasının səbəbini izah edib

Beynəlxalq Boks Şöhrət Zalının üzvü və ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson məşhur bloger Ceyk Pol ilə döyüşdəki məğlubiyyətini izah edib.

İdman.Biz bildirir ki, o, hazırda WBA-nın ağır çəki reytinqində 14-cü yerdədir.

“Sonuncu döyüşümdən sonra çox şey öyrəndim. Onda idman zalında çox olurdum, daha çox və intensiv məşq edirdim. Amma əsində daha çox istirahət edib dincəlməli idim”.

Mayk və Ceyk arasındakı döyüş 2024-cü il noyabrın 16-da baş tutub və hakimlərin yekdil qərarı ilə Polun qələbəsi ilə başa çatıb.

İdman.Biz

Seçilən
55
1
idman.biz

2Mənbələr