AZ

Senatın respublikaçı lideri demokratlarla şatdaunla bağlı məsləhətləşmələrindən danışıb

ABŞ Senatındakı respublikaçılar və demokratlar son gün ərzində federal hökumətin fəaliyyətinin yenidən bərpası ilə bağlı məsləhətləşmələr aparıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Senatdakı çoxluğun lideri Con Tyun (Cənubi Dakota ştatı) jurnalistlərə bildirib.

O, iki partiyanın nümayəndələrinin məsləhətləşmələri konstruktiv hesab edib-etmədiyi barədə suala "Mən hə deyərdim", cavabını verib. Senator bildirib ki, hökumətin yenidən maliyyələşdirilməsinə yönəlmiş yeni qanun layihələri paketi üzərində iş gedir.

"Düşünürəm ki, hazır olmağa yaxınlaşırıq", - o, təfərrüatları açıqlamadan bildirib. Tyunun sözlərinə görə, bu qanun layihələrinin təsdiqlənəcəyinə dair hələ heç bir əminlik yoxdur. O, səsvermənin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

Senat 9 noyabr günortadan sonra yenidən toplanacaq. Tyun həmçinin yuxarı palatanın üzvlərinin hökumət işinin bərpası məsələsi həll olunana qədər tətilə getməyəcəyinə zəmanət verib.

Xatırladaq ki, ABŞ-ın federal hökuməti 1 oktyabr gecə yarısında (Bakı vaxtı ilə səhər 8:00) maliyyə çatışmazlığı səbəbindən işini qismən dayandırıb. Bu, ABŞ Konqresindəki hakim Respublikaçı və müxalifət Demokrat partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Seçilən
21
ikisahil.az

1Mənbələr